SON XƏBƏRLƏR

Amerika-İran danışıqları bu ölkədə ola bilər

2025.04.07, 15:59
Amerika-İran danışıqları bu ölkədə ola bilər

“İran Omanı Amerika ilə dolayı danışıqlara ev sahibliyi etmək üçün əsas namizəd hesab edir”.

Gunaz.tv

GünazTV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

O, həmçinin Tehran və Vaşinqton arasında dolayı danışıqların başlanması ilə bağlı şayiələri təkzib edib.

“İstənilən danışıqların irəliləyişinə Xarici İşlər Nazirliyi cavabdehdir. İran Amerika Prezidenti Donald Trampın məktubuna cavab verib və hazırda onların qərarını gözləyir. Tehranın dolayı danışıqlar təklifi son onillikdə nüvə danışıqlarının proseslərini nəzərə alsaq, müdrik idi. Təkliflərimizə diqqət yetiririk”, – sözçü bildirib.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar