SON XƏBƏRLƏR

Zelenski Trampı Ukraynaya dəvət etdi

2025.04.14, 13:16
Zelenski Trampı Ukraynaya dəvət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Amerika lideri Donald Trampı ölkəyə səfərə dəvət edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Lütfən, hər hansı bir qərar qəbul etməzdən, hər hansı danışıqlar aparmazdan əvvəl gəlin və insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın”, - deyə Zelenski bildirib.

O əlavə edib ki, Tramp səfərindən sonra Ukraynada nə baş verdiyini başa düşəcək.

Aprelin əvvəlində ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderlərinin münaqişənin həlli üçün saziş bağlamağa hazır olduqlarını bildirib. Amerika Prezidenti əmin olduğunu deyib ki, o, Avropa liderlərindən fərqli olaraq bu məsələdə irəliləyişə nail ola biləcək.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar