SON XƏBƏRLƏR

KİV: İran danışıqları vaxt qazanmaq üçün həyata keçirir

2025.04.15, 11:03
KİV: İran danışıqları vaxt qazanmaq üçün həyata keçirir

"The Spectator" nəşri bildirir ki, İran Amerika ilə nüvə danışıqlarını məruz qalacağı təzyiqləri keçikdirmək və bölgədəki uğursuzluqlarını konpensasiya etmək üçün zaman qazanmaq məqsədi ilə həyata keçirir.

Gunaz.tv

Nəşr bildirib ki, Tehran ballistik raketləri və ya regional fəaliyyətlərini müzakirə etməkdən imtina edərək, danışıqları nüvə proqramına yönəltmək niyyətindədir.

"İranın məqsədi ya 2015-ci il nüvə sazişini olduğu kimi bərpa etmək, ya da əlavə sanksiyaları və hərbi təhdidləri dayandıran uzun danışıqlar prosesdir." - deyə məlumatda deyilir.

HƏMAS, Hizbullah və Husilərin təzyiq altında olması və Suriyada Bəşər Əsədin artıq hakimiyyətdə olmaması ilə Tehranın regional müttəfiqləri əhəmiyyətli itkilər verib. Bu uğursuzluqlara baxmayaraq, İranın bəiz təsir vasitələri hələ də qalmaqdadır və İran zamana özünün ən qiymətli sərvəti kimi baxır.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar