SON XƏBƏRLƏR

Araqçi: Rusiya və İranın mövqeləri bu gün keçmişdəkindən daha yaxındır

2025.04.18, 14:36
Araqçi: Rusiya və İranın mövqeləri bu gün keçmişdəkindən daha yaxındır

Rusiya və İranın mövqeləri bu gün keçmişdə olduğundan daha yaxındır.

Gunaz.tv

GünazTV APA-ya istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.

Araqçi qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı və uzunmüddətli bir görüşü baş tutub: “Rəhbərlikdən ona (Putinə) yazılı mesaj təqdim etdim. Bu həm cənab Putinə, həm də bütün dünyaya mesaj idi ki, İran Rusiyanı özünün əsas və strateji tərəfdaşı hesab edir və mühüm məsələlərdə məsləhətləşir”.

Nazir əlavə edib ki, İran və Rusiya arasında münasibətlər tarixdə bəlkə də heç vaxt bu qədər yaxın və güclü olmayıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar