SON XƏBƏRLƏR

Rusiya Xerson vilayətinə hücum taktikasını dəyişib

2025.04.22, 11:53
Rusiya Xerson vilayətinə hücum taktikasını dəyişib

Rusiyalı hərbçilər Xerson vilayətinə hücumlarda yeni taktika tətbiq edirlər.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (OVA) rəhbəri Aleksandr Prokudin məlumat verib.

Onun sözlərinə görə, əvvəlcə işğalçılar əraziyə aviabombalar atır, daha sonra isə eyni bölgəni artilleriya ilə atəşə tuturlar.

“Bu o deməkdir ki, ilk partlayışdan sonra belə vəziyyət təhlükəli olaraq qalır. Məhz bu səbəbdən dərhal sığınacaqdan çıxmaq olmaz. Mümkün qədər təhlükəsiz yerdə qalmaq çox vacibdir – bu, həyatınızı xilas edə bilər”, – deyə Prokudin bildirib.

OVA rəhbəri həmçinin qeyd edib ki, ötən həftə ərzində Rusiya ordusu Xerson vilayətinə hücumları əhəmiyyətli dərəcədə artırıb. 

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar