SON XƏBƏRLƏR

KİV: Almaniya Rusiya ilə müharibə hazırlığına başlayıb

2025.04.23, 13:09
KİV: Almaniya Rusiya ilə müharibə hazırlığına başlayıb

Almaniya Bundesveri (Müdafiə Nazirliyi) iri mülki şirkətlərlə müharibə zamanı onların görə biləcəkləri işlərlə bağlı məxfi danışıqlar aparır.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə danışıqlardan xəbərdar olan mənbələrə istinadla “Handelsblatt” qəzeti yazır.

Ölkənin Milli Təhlükəsizlik Strategiyasına görə, Almaniya NATO-nun logistika mərkəzidir, ona görə də Rusiyanın hücumu durumunda Şimali Atlantika Alyansının şərq cinahına istiqamət götürəcək on minlərlə əsgəri tez bir zamanda təmin etməlidir.

Bundesver hazırda “Deutsche Bahn” (Almaniyanın ən böyük dəmir yolu operatoru), “Lufthansa” (ən böyük aviaşirkət) və “Rheinmetall” (avtomobil və silah istehsalçısı) ilə silahlı qüvvələr, sursat və hərbi texnikanın daşınması imkanlarını müzakirə edir. “Lufthansa” qırıcı pilotların hazırlığını öz üzərinə götürə bilər.

Qeyd olunur ki, Bundesver böhran zonalarından kənarda hərbi mallar və materialların daşınması üçün yalnız mülki xidmət təminatçılarına güvənir.

İddiaya görə, Berlin rəsmi olaraq Rusiya ilə müharibə ehtimalını ölkənin hazır olmalı olduğu real ssenari kimi nəzərdən keçirməyə başlayıb. Almaniya Rusiyanın 5-8 il ərzində bir NATO ölkəsinə hücum edəcəyini təxmin edir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar