SON XƏBƏRLƏR

Tramp: Ukrayna ilə bağlı saziş demək olar ki, razılaşdırılıb, yüksək səviyyəli görüşə ehtiyac var

2025.04.26, 11:19
Tramp: Ukrayna ilə bağlı saziş demək olar ki, razılaşdırılıb, yüksək səviyyəli görüşə ehtiyac var

Rusiya və Ukrayna arasında münaqişənin nizamlanmasına dair mümkün razılaşmanın əksər şərtləri artıq razılaşdırılıb.

Gunaz.tv

GünazTV APA-ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bəyan edib.

Onun sözlərinə görə, sülh sazişinin yekunlaşdırılması üçün tərəflərin yüksək səviyyədə görüş keçirməsi zəruridir.

“Rusiya və Ukrayna ilə yaxşı danışıqlar və görüşlər günü oldu. Onlar razılaşmaya çox yaxındırlar və indi hər iki tərəf bu məsələyə son qoymaq üçün çox yüksək səviyyədə görüşməlidir. Əsas maddələrin əksəriyyəti artıq razılaşdırılıb.” – deyə Tramp yazıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar