SON XƏBƏRLƏR

Roma Papası ilə rəsmi vida mərasimi keçirilir

2025.04.26, 13:23
Roma Papası ilə rəsmi vida mərasimi keçirilir

266-cı Roma Papası Fransisklə rəsmi ilə rəsmi vida mərasimi keçirilir.

Gunaz.tv

GünazTV xəbər verir ki, dəfn mərasiminə kardinal kollegiyasının dekanı kardinal Covanni Battista Re rəhbərlik edir.

Mərasimdə 80 dövlət və hökumət başçısı, eləcə də dini liderlər iştirak edirlər. Tədbirin keçiriləcəyi Müqəddəs Pyotr Bazilikasının önündə izdiham yaşanır.

Qeyd edək ki, mərasim Vatikanın Müqəddəs Pyotr meydanında təşkil edilib və xüsusi təhlükəsizlik tədbirləri görülüb.

Qonaqlar arasında ABŞ prezidenti Donald Tramp, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa prezidenti Emmanuel Makron və digər şəxslər var. Azərbaycanı Milli Məclisin spikeri Sahibə Qafarova təmsil edəcək. İtaliya mətbuatının məlumatına görə, mərasimdə 500 minə qədər adamın iştirakı gözlənilir.

Papa öz vəsiyyətində heç bir xüsusi bəzəkləri olmayan sadə bir məzarda dəfn edilməsini istəyib, dəfn yeri kimi Müqəddəs Pyotr Bazilikasını deyil, Santa Maria Maggiore Bazilikasını seçib. Məzar daşının üzərində yalnız bir söz olacaq: "Frencis".

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar