SON XƏBƏRLƏR

Tramp Romada Starmer, Meloni və Zelenski ilə görüşəcək

2025.04.26, 13:45
Tramp Romada Starmer, Meloni və Zelenski ilə görüşəcək

Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün bir müddət əvvəl həyat yoldaşı Melaniya ilə Romaya gələn ABŞ prezidenti Donald Tramp İtaliyanın baş naziri Giorgia Meloni, Böyük Britaniyanın baş naziri Keir Starmer və Vladimir Zelenski ilə görüşmək niyyətindədir.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, məlumatı İtaliyanın “La Repubblica” qəzeti yayıb.

Zelenskinin tədbirdə iştirakı sual altında idi, lakin indi onun adı, nəşrə görə, Müqəddəs Taxt-Tacın mətbuat xidməti tərəfindən jurnalistlərə verilən müxtəlif ölkələrin nümayəndə heyətlərinin yenilənmiş siyahısındadır. Trampın səfərinin rəsmi marşrutuna görə, o, bu gün günorta Vatikanda keçirilən dəfn mərasimindən dərhal sonra Romadan ayrılacaq.

“La Repubblica” xəbər verir ki, onun Romada 15 saat olacaq. Qəzetin yazdığına görə, Tramp və Zelenski arasında görüşün Amerika səfirinin ABŞ prezidentinin qaldığı Taverna villasındakı iqamətgahında baş tuta biləcəyi ehtimal edilir.

Bundan əvvəl İtaliya mediası Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Romada Trampla görüşə ümid etdiyini yazmışdı.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar