SON XƏBƏRLƏR

Türkiyədən Pakistan açıqlaması: Hindistana xəbərdarlıq edildi

2025.04.30, 13:49
Türkiyədən Pakistan açıqlaması: Hindistana xəbərdarlıq edildi

Türkiyə Cənubi Asiyada sabitliyi təhdid edən və regional təhlükəsizliyi ciddi şəkildə pozan Pakistan-Hindistan gərginliyini böyük narahatlıqla izləyir.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.

“İki ölkə arasında ritorika və hərbi müstəvidə artan gərginliyin təkcə region xalqlarını deyil, həm də bütün beynəlxalq ictimaiyyəti təhdid edən nəticələri ola bilər. Ona görə də Hindistanın məsuliyyətli davranması, gərginliyi artıra biləcək addımlardan qaçması, beynəlxalq hüquq və diplomatiya çərçivəsində hərəkət etməsi mütləqdir.

Türkiyə qardaş Pakistanın qanuni təhlükəsizlik narahatlıqlarını anlayır, tərəflərin sülh yoluna üz tutmasını və beynəlxalq ictimaiyyətin bu prosesdə konstruktiv rol oynamasını gözləyir.

Türkiyə Cümhuriyyəti Cənubi Asiyada qeyri-sabitlik yaradan hər cür təhrik və ya təxribatçı hərəkətlərə qarşı çıxmağa davam edəcək və beynəlxalq platformalarda sülh və təhlükəsizliyin bərqərar olması üçün qətiyyətlə çalışacaq”, - qurum rəsmisi bildirib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar