SON XƏBƏRLƏR

İran XİN danışıqların təxirə salınmasına reaksiya verdi

2025.05.02, 11:35
İran XİN danışıqların təxirə salınmasına reaksiya verdi

İran nüvə proqramı ətrafında fikir ayrılıqlarını həll etmək üçün Amerika ilə nəticəyə yönəlmiş danışıqlarda iştiraka davam edəcək.

Gunaz.tv

İran Xarici İşlər Nazirliyi Amerika-İran dialoqunun növbəti raundunun təxirə salınması qərarından sonra yaydığı bəyanatda bildirib.

“Danışıqların lap əvvəlindən İran nümayəndə heyəti vicdanla ölkəmizin nüvə enerjisindən dinc məqsədlərlə istifadəsi sahəsində beynəlxalq hüquqa uyğun prinsipial mövqelərinə əsaslanan aydın çərçivəni və qeyri-qanuni sanksiyaların ləğvinin zəruriliyini vurğulayıb. İran ədalətli, məntiqli və davamlı qarşılıqlı anlayışa yönəlmiş niyyətlərinin ciddiliyini nümayiş etdirdi, bu yolda əminliklə və qətiyyətlə hərəkət edəcək”, - nazirliyin rəsmi nümayəndəsi Esmail Baqainin sözlərindən sitat gətirilib.

Qeyd edək ki, Amerika və İran Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün artıq üç raund danışıqlar aparıb. Məsləhətləşmələrdə İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edir.

Daha əvvəl Omanın xarici işlər naziri Bədr əl-Busaidi Amerika və İran arasında mayın 3-nə planlaşdırılan danışıqların növbəti mərhələsinin logistik səbəblərə görə təxirə salındığını bildirmişdi.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar