SON XƏBƏRLƏR

İsrail İrana qarşı təkbaşına hərəkət edə bilər

2025.05.02, 13:09
İsrail İrana qarşı təkbaşına hərəkət edə bilər

Amerika və İran arasında nüvə danışıqları davam edərkən hərbi əməliyyatlar aparılarsa İsrail bu əməliyyatları tək həyata keçirəcək.

Gunaz.tv

Bu barədə adının açıqlanmasını istəməyən məmur "Associated Press"ə deyib.

"Əgər danışıqlar davam etdiyi müddətdə hərbi əməliyyatlara ehtiyac yaranarsa İsrailin İrana zərbə endirməyi seçəcəyi aydındır, çox güman ki, bunu təkbaşına edəcək." - deyə o bildirib.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu da İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcəyini demişdi.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar