SON XƏBƏRLƏR

Nüvə razılaşmasının ilkin şərtləri nələrdir

2025.05.02, 15:07
Nüvə razılaşmasının ilkin şərtləri nələrdir

Davam edən danışıqlardan xəbərdar olan səkkiz qaynağın "Reuters"ə verdiyi məlumata görə Amerika və İran arasında nəzərdə tutulan nüvə sazişi uranın zənginləşdirilməsini məhdudlaşdıracaq və beynəlxalq nəzarəti artıracaq, ancaq İranın nüvə infrastrukturunu tamamilə ləğv etməyəcək.

Gunaz.tv

Danışıqlar əsasən 2018-ci ildə Prezident Donald Tramp tərəfindən tərk edilmiş 2015-ci ilin Birgə Kompleks Fəaliyyət Planı (JCPOA) çərçivəsində aparılır.

İran tərəfindən bildirildiyinə görə isə, aprel ayında müzakirə edilən təkliflərə əsasən, İran JCPOA limitlərinə uyğun olaraq zənginləşdirməni 3,67% səviyyəsində məhdudlaşdıracaq və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) üçün öz obyektlərinə geniş giriş imkanı verəcək.

Qeyd edək ki, yayılan məlumatlara görə, İran bu yaxınlarda JCPOA-nın icazə verdiyindən çox-çox qabaqcıl sentrifuqalardan istifadə edərək uranı 60%-ə qədər zənginləşdirib.

İranın yüksək rütbəli təhlükəsizlik rəsmisinin sözlərinə görə, kompromis təkliflərinin bir hissəsi olaraq, İran 5000 sentrifuqdan istifadə edərək minimal zənginləşdirmə qabiliyyətini saxlaya və əlavə uranı - ola bilsin ki, Rusiyadan idxal edə bilər.

Xatırladaq ki, İran 2015-ci il sazişinə əsasən icazə verilən 6000 sentrifuqa ilə müqayisədə hazırda təxminən 15 min sentrifuqa işlədir.

Danışıqların əsas kritik növtəsi İranın roket proqramıdır.

Vaşinqton bunun yeni sazişdə öz əksini tapmasını istəyir, lakin İran rəsmiləri raket inkişafı proqramının danışıqlar mövzusu ola bilməyəcəyini deyirlər.

Bu barədə İranın regional təhlükəsizlik rəsmisi Tehranın istənilən müzakirəni rədd etdiyini deyib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar