SON XƏBƏRLƏR

Forbes: Bütün Ukraynanı işğal etmək üçün Rusiyaya 230 il vaxt lazımdır

2025.05.03, 12:51
Forbes: Bütün Ukraynanı işğal etmək üçün Rusiyaya 230 il vaxt lazımdır

Rusiya ordusuna cari hücum və itki templərini saxlamaqla, hələ işğal olunmamış Ukrayna ərazilərini ələ keçirmək üçün təxminən 230 il lazım olacaq.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “Forbes” yazıb.

Nəşr bildirib ki, bu, Ukraynanın işğal olunmamış əraziləri təxminən 490 min kv. km və ya ölkə ərazisinin 81 %-nə barabərdir. Həmçinin bu zaman Rusiyanın təxminən 101 milyon hərbçisinin həlak olacağı da qeyd edilib.

Belə ki, Ukraynanın ümumi sahəsi 603 000 kv. km-dən çoxdur, Rusiya qoşunları 2022-ci ilin fevralından etibarən ölkə ərazisinin təxminən 19 %-ni tutub. Ukrayna torpaqlarının əsas hissəsini Rusiya Silahlı Qüvvələri işğalın ilk həftələrində ələ keçirib. Keçən il ərzində onların nəzarət zonası Ukrayna ərazisinin yalnız 0,5 %-i qədər artıb.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) qiymətləndirməsinə görə, təxminən 800 min ölü və yaralıya baxmayaraq, Rusiya ordusu hər ay 30 000 yeni əsgərlə doldurulur.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar