SON XƏBƏRLƏR

Fox News: Müharibəni birlikdə bitirəcəklər

2025.05.06, 14:11
Fox News: Müharibəni birlikdə bitirəcəklər

Xəbər verdiyimiz kimi, Amerika Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Danışıq zamanı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və regional məsələlər müzakirə olunub.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, Amerikada Respublikaçılara yaxınlığı ilə tanınan "Fox News" Tramp və Ərdoğan arasında keçirilən görüşün “məhsuldar və müsbət” olduğunu vurğulayıb. Nəşr Amerika prezidentinin ilk prezidentliyi dövründə Türkiyə ilə əla münasibətləri olduğunu xatırladıb.

"Fox News" yazır ki, tərəflər xüsusilə Ukraynadakı münaqişəyə son qoymaq üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər.

"Bloomberg" nəşri isə iki liderin görüş zamanı bir çox mövzuda konsensusa gəldiyini, Ərdoğan və Trampın Ukraynadakı müharibənin sona çatması üçün birgə işləmək mövzusunda eyni fikirdə olduğunu diqqətə çatdırıb. Ərdoğanın Trampı Türkiyəyə dəvət etdiyini vurğulayan "Bloomberg" Türkiyə liderinin də Vaşinqtona səfər edə biləcəyi barədə məlumat yayıb.

"Moscow Times" isə xatırladıb ki, Türkiyə NATO üzvüdür və Ankara Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra iki Qara dəniz qonşusu ilə yaxşı münasibətlər saxlamağa çalışıb və iki dəfə müharibəyə son qoymaq üçün danışıqlara ev sahibliyi edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar