SON XƏBƏRLƏR

Urmulu fəal Behzad Paşazadə həbs edilib

2025.05.07, 18:49
Urmulu fəal Behzad Paşazadə həbs edilib

Qərbi Azərbaycan əyalətinin Urmu şəhərindən olan milli fəal Behzad Paşazadə həbs edilib.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, bu gün təhlükəsizlik məmurları Paşazadənin iş yerinə gələrk onu özləri ilə naməlum yerə aparıblar.

Milli fəalın həbs səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, Behzad Paşazadə bundan əvvədə bir neçə dəfə dinc mədəni fəaliyyətlərinə görə saxlanılıb.

O, 2011-ci ildə Urmu gölünün quruması, 2015-ci ildə isə İran televizyasının “Fitilə” proqramında azərbaycanlıların aşağılanmasına etiraz aksiyalarına qoşulduğu üçün həbs edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar