SON XƏBƏRLƏR

Urmuda daha bir milli fəal həbs edildi

2025.05.08, 09:56
Urmuda daha bir milli fəal həbs edildi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində yaşayan milli fəal Huşəng Nağızadə həbs edilib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, mayın 7-i axşam saatlarında təhlükəsizlik məmurları urmulu fəalı şəxsi mənzilində həbs edərək naməlum yerə aparıblar.

Onun həbs səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, Nağızadə 2006, 2013, 2018, 2020 və 2022-ci illərdə də dinc fəaliyyətlərinə görə dəfələrlə həbs edilib.

GünazTV  

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar