SON XƏBƏRLƏR

İsrail xəbərdarlıq etdi: Həmasa, Hizbullaha etdiklərimizi Tehranda da sizə edəcəyik

2025.05.08, 11:31
İsrail xəbərdarlıq etdi: Həmasa, Hizbullaha etdiklərimizi Tehranda da sizə edəcəyik

İsrailin müdafiə naziri Yisrael Katz İsrailin İranın bölgədəki müttəfiqlərini hədəfə aldığı kimi Tehranı da hədəfə ala biləcəyini deyib.

Gunaz.tv

"Beyrutda Hizbullaha, Qəzzada Həmasa, Dəməşqdə Əsəd və Yəməndə husilərə etdiklərimizi Tehranda da sizə edəcəyik” - deyə Yisrael Katz özünün sosial media hesabında yazıb.

O İran rejiminə proksilərə dəstəyi kəsmək barədə xəbərdarlıq edib:

"İran rəhbərliyinə xəbərdarlıq edirəm ki, Husi terror təşkilatını maliyyələşdirməsin, silahlandırmasın. Proksi müharibə üsulu bitdi və şər oxu çökdü. Siz olanlara görə birbaşa məsuliyyət daşıyırsınız. Husilər bizə tərəf atəş açmağa davam etsələr, İsraildən ağır zərbələr alacaqlar" - deyə o qeyd edib.

Qeyd edək ki, Husilər Amerika ilə atəşkəs əldə etsələr də İsraili hədəf almağa davam edirlər.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar