SON XƏBƏRLƏR

Trampın Ərdoğandan özəl istəyi: Hakan Fidan açıqladı

2025.05.08, 13:19
Trampın Ərdoğandan özəl istəyi: Hakan Fidan açıqladı

Region ölkələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan amerikalı həmkarı Donald Trampa təsir imkanlarından istifadə etməsini istəyirlər.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu xarici işlər naziri Hakan Fidan deyib.

“Bölgə ölkələrindən prezidentimizin Trampa təsir imkanlarından istifadə etməsinə yönəlik çoxlu müraciətlər alırıq. Bizə söyləyirlər ki, Trampın dinləyəcəyi yeganə müsəlman ölkəsi sizsiniz, bu baxımdan ona öz fikirlərinizi bildirin”, - türkiyəli nazir vurğulayıb.

Nəşr, həmçinin yazır ki, Amerika Prezidenti Donald Trampın son telefon danışığında Ərdoğandan xüsusi istəyi olub:

“Əldə etiyimiz məlumata görə, Tramp bazar ertəsi telefonla danışdığı Ərdoğandan Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı gözləntilərini çatdırıb. Tramp Ərdoğana Rusiya ilə Ukrayna arasındakı müharibəni bitirmək üçün birlikdə işləməyi təklif edib”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar