SON XƏBƏRLƏR

İranda xərçəngə yoluxanların sayı artıb

2025.05.08, 14:23
İranda xərçəngə yoluxanların sayı artıb

İranda son illər xərşəng xəstəliyinə yoluxanların sayı artıb.

Gunaz.tv

Bu barədə səhiyyə nazirinin müavini Əlirza Rəisi məlumat verib.

"Bundan əvvəl hər 100 min nəfərdən 141-də xərçəng xəstəliyi aşkarlandığı halda, bu gün bu rəqəm 172 nəfərə çatıb",- o bildirib.

Əlirza Rəisinin sözlərinə görə, yaşlı əhalinin sayının artması, havanın çirklənməsi və tütün istehlakının artması ölkədə xərçəng xəstəliyinin yayılmasını artırıb.

Bir müddət əvvəl isə İranın Səhiyyə Nazirliyinin Qeyri-infeksion Xəstəliklərlə Mübarizə Mərkəzinin rəhbəri Cəfər Cəndəqi yaxın 15 il ərzində ölkədə xərçəngdən ölənlərin sayının iki dəfə artacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İranda xərçəngə yoluxma yaşı başqa ölkələrlə müqayisədə təxminən 10 il aşağıdır və iranlılar daha gənc yaşlarında bu xəstəliyə yoluxurlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar