SON XƏBƏRLƏR

Kadırov istefa verəsi olmadı - Putinlə görüşüb

2025.05.08, 15:22
Kadırov istefa verəsi olmadı - Putinlə görüşüb

Çeçenistan rəhbəri Ramzan Kadırov dünən Vladimir Putinlə görüşüb.

Gunaz.tv

GünazTV “AzPolitika”-ya istinadla xəbər verir ki, öz sosial şəbəkə səhifəsində bununla bağlı paylaşım edən Kadırov görüşü “məhsuldar” adlandırıb.

Onun sözlərinə görə, Putin Kadırovun mümkün istefası ilə bağlı şayiələrə toxunub. Putin deyib ki, onun və Çeçenistan rəhbərinin “hələ çox işi var”: “O dedi ki, hələ çox işimiz var və mən Ali Baş Komandanın əmrini yerinə yetirirəm”.

Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir. Onun istefası barədə söhbətlər elə öz açıqlamasından sonra meydana gəlib. Belə ki, Kadırov vəzifəsindən getmək istədiyini və istefasının qəbul olunacağına ümid etdiyini demişdi. İndi isə kimlərisə şayiə yaymaqda günahlandırır...

O, daha öncə də dəfələrlə tutduğu vəzifədən azad edilməsini istədiyini deyib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar