SON XƏBƏRLƏR

İranın nüvə silahı obyekti aşkarlanıb

2025.05.09, 12:09
İranın nüvə silahı obyekti aşkarlanıb

Peyk görüntülərinə görə Semnan əyalətində İranın əvvəllər açıqlanmayan nüvə silahı obyekti olduğu üzə çıxıb.

Gunaz.tv

Bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, nüvə obyekti  10 ildən artıqdır ki, fəaliyyət göstərir. Bildirilib ki, nüvə obyekti "Diba Energy Siba" adlı kimya şirkətinin pərdəsi altında fəaliyyət göstərib.

Bu obyektin fəaliyyət məqsədinin nüvə silahlarını artırmaq üçün istifadə edilən radioaktiv izotop olan tritiumun əldə edilməsi olduğu deyilir.

“Uran zənginləşdirməsindən fərqli olaraq, tritiumun praktiki olaraq heç bir dinc və ya kommersiya məqsədli tətbiqi yoxdur, bu da İranın nüvə ambisiyalarının yalnız enerji və ya mülki məqsədlər üçün olduğuna dair uzun müddətdir davam edən iddialarına şübhə yaradır”, - deyə "Fox News" yazıb.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar