SON XƏBƏRLƏR

Rafael Qrossi Abbas Əraqçi ilə telefonla danışdı

2025.05.09, 14:26
Rafael Qrossi Abbas Əraqçi ilə telefonla danışdı

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Gunaz.tv

GünazTV İran mediasına istinadla xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru cümə günü İranın xarici işlər naziri Abbas Əraqçiya zəng edərək, İran və Amerika arasında dolayı nüvə danışıqlarının gedişatı barədə müzakirə aparıb.

Telefon danışığı zamanı BMT-nin nüvə agentliyi ilə Tehran arasında sülhməramlı nüvə proqramı ətrafında əməkdaşlığı müzakirə ediblər.

Xatırladaq ki, İran və Amerika aprelin 12, 19 və 26-da Omanın vasitəçiliyi ilə Maskat və Romada İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək və Tehrana qarşı sanksiyaların aradan qaldırılması məqsədilə üç raund danışıqlar aparıb. Amerika və İran arasında danışıqların dördüncü raundu Maskatda keçiriləcək.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar