SON XƏBƏRLƏR

PKK-dan açıqlama: Qurultay 5-7 may tarixlərində keçirilib

2025.05.09, 14:40
PKK-dan açıqlama: Qurultay 5-7 may tarixlərində keçirilib

PKK terror təşkilatı 12-ci Qurultayının 5-7 may tarixləri arasında keçirildiyini, nəticələr və alınan qərarlarla bağlı geniş və ətraflı məlumatın tezliklə ictimaiyyətlə paylaşılacağını açıqlayıb.

Gunaz.tv

GünazTV Türkiyə mediasına istinadla xəbər verir ki, açıqlamada qurultayın Abdullah Öcalanın çağırışı ilə toplandığı və “Öcalanın konqresə təqdim etdiyi təkliflərin oxunaraq qiymətləndirildiyi” bildirilib. “Bundan başqa, qurultayda PKK Mərkəz Komitəsinin qısa hesabatı da oxunub və müzakirə edilib”, - deyə bildirilib.

Öcalanın qurultay çağırışı əsasında PKK fəaliyyətləri ilə bağlı tarixi qərarlar qəbul edildiyi bildirilir. Bəyanatda deyilir ki, Konqresin nəticələri və qəbul edilən qərarlarla bağlı geniş və ətraflı məlumat eyni zamanda sənədlər çox yaxında ictimaiyyətlə paylaşılacaq.

Xatırladaq ki, Fevralın 27-də PKK lideri Abdullah Öcalan İmralı heyəti vasitəsilə PKK-nı silahı yerə qoymağa və təşkilatı ləğv etməyə çağırıb. PKK əvvəlcə Öcalanın çağırışı ilə atəşkəsə qərar verdi. Daha sonra o, dövləti prosesin hüquqi əsaslarının hazırlanması istiqamətində addımlar atmağa çağırıb.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar