SON XƏBƏRLƏR

Amerika vitse-prezidenti: “Rusiya danışıqlarda yeni ərazilər əldə etməyəcək”

2025.05.09, 15:45
Amerika vitse-prezidenti: “Rusiya danışıqlarda yeni ərazilər əldə etməyəcək”

Amerika vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, Rusiya Ukrayna ilə bağlı sülh danışıqları nəticəsində yeni ərazilər əldə etməyəcək.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, o, həmçinin Moskvanın pis niyyətlə dialoq aparacağı təqdirdə Amerikanın dialoqu tərk edəcəyi barədə xəbərdarlıq edib.

Amerikanın vitse-prezidenti C.D.Vens vurğulayıb ki, Moskva Ukrayna ilə bağlı gələcək sülh sazişlərinin bir hissəsi kimi əlavə ərazi alacağını gözləməməlidir.

O, həmçinin qeyd edib ki, Amerika Rusiya tərəfinin lazımi məsuliyyət olmadan danışıqlara yaxınlaşdığını görsə, danışıqlarda iştirak etməyəcək. Onun sözlərinə görə, Vaşinqton Rusiyanın xoş niyyətli olmadığına əmin olsa, prosesdən çəkiləcək.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar