SON XƏBƏRLƏR

Makron: “Moskva atəşkəsi bloklasa, Avropa və Amerika təzyiqi artıracaq”

2025.05.10, 12:24
Makron: “Moskva atəşkəsi bloklasa, Avropa və Amerika təzyiqi artıracaq”

Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı səfəri çərçivəsində Moskvanın atəşkəsi dayandırmaması halında Avropa və Amerikanın təzyiqi artıracağını bəyan edib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, 10 may tarixində Makron Ukraynada təhlükəsizliyin bütün Avropa üçün vacib olduğunu vurğulayaraq, "istənilən sülh razılaşmasının ədalətli və davamlı olmalı olduğunu" qeyd edib.

Makron Ukraynanın atəşkəs təklifini Amerika ilə birgə irəli sürdüklərini və bu təklifin Ukrayna tərəfindən 11 martda qəbul edildiyini açıqlayıb. Lakin Rusiya tərəfinin vaxt udmaq və şərtləri öz lehinə dəyişdirmək cəhdləri davam etdiyini bildirib.

Makron Rusiya bloklamağa davam edərsə, Avropa və Amerikanın təzyiqi artırmağa qərar verəcəyini vurğulayıb. O həmçinin sülh müqaviləsinin Ukraynanın təhlükəsizliyini təmin edən və Avropa perspektivlərini təmin edən şərtləri ehtiva etməli olduğunu qeyd edib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar