SON XƏBƏRLƏR

İsrail KİV: İsrail İrandakı hədəfləri vurmağı planlaşdırır

2025.05.10, 13:15
İsrail KİV: İsrail İrandakı hədəfləri vurmağı planlaşdırır

“Yedioth Ahronoth” qəzeti adı açıqlanmayan təhlükəsizlik mənbələrinə istinad edərək İsrailin İrana qarşı hücumlarına “heç bir məhdudiyyət” olmayacağını bildirib.

Gunaz.tv

Xəbərdə, Təl-Əviv rəhbərliyi Husilərin istifadə etdiyi raketlərin İran istehsalı olduğu üçün İranı hədəf almağı planlaşdırdığı qeyd edilib. İsrail Husilərin davam edən hücumlarına qarşı “daha ​​güclü və geniş” şəkildə cavab verəcəyi bildirilir.

Xəbərdə İsrail təhlükəsizlik mənbələrinə istinadən bildirilib ki, Təl-Əviv hazırda İrandakı hədəflərə birbaşa zərbələr endirmək variantlarını dəyərləndirir və Yəməndə raket buraxılış meydançalarına və infrastruktura hücumlarını gücləndirməyi planlaşdırır.

İsrailin müdafiə naziri Yisrael Katz Yəməndən atılan raketdən sonra Husilərə qarşı şiddətli hücumların siqnalını verib.

İsrailin əsas müxalif Gələcək Partiyasının lideri Yair Lapid Netanyahu hökumətini Yəmənə qarşı hücumları genişləndirməyə çağırıb.

"İsrail arxada oturub Husi raketlərinin kütləvi humanitar fəlakətə səbəb olmasını və ya iqtisadiyyatı iflic etməyə davam etməsini gözləyə bilməz" - Yair Lapid bildirib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar