SON XƏBƏRLƏR

Ərdoğan ilə Makron arasında telefon danışığı baş tutdu

2025.05.11, 14:32
Ərdoğan ilə Makron arasında telefon danışığı baş tutdu

Prezident Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Gunaz.tv

Telefon danışığı zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Ukrayna ilə Rusiya arasında müharibənin sona çatması yolunda tarixi dönüş nöqtəsinin əldə edildiyini, bu fürsətdən istifadə edilməli olduğunu, Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla hər cür töhfəni verməyə hazır olduğunu bildirib.

Ərdoğan Ukrayna ilə Rusiya arasında daimi sülh danışıqlarının başlanmasında və Ukraynanın bərpası proseslərinin həssaslıqla aparılmasında əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu bildirib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar