SON XƏBƏRLƏR

İran XİN: Amerika ilə danışıqlar çətin oldu

2025.05.11, 19:28
İran XİN: Amerika ilə danışıqlar çətin oldu

Amerika və İran arasında Tehranın nüvə proqramı ilə bağlı Omanda keçirilən növbəti dolayı danışıqlar çətin keçib, lakin tərəflərin mövqelərini anlamaq baxımından faydalı olub.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqai X sosial şəbəkəsində yazıb.

“Omanda Amerika və İran arasında dördüncü raund dolayı danışıqlar başa çatdı, çətin oldu. Lakin bir-birilərinin mövqelərini daha yaxşı anlamaq və fikir ayrılıqlarının həlli üçün məqbul və real yollar axtarmaq baxımından faydalı danışıqlar oldu”, – deyə o yazıb.

Baqai dəqiqləşdirib ki, növbəti məsləhətləşmə raundunu Oman tərəfi əlaqələndirəcək və onun keçirilməsi barədə elan verəcək.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar