SON XƏBƏRLƏR

KİV: Putin İstanbula getməyəcək

2025.05.13, 13:37
KİV: Putin İstanbula getməyəcək

Rusiya Prezidenti Vladimir Putinin mayın 15-də İstanbula səfər etməsi gözlənilmir.

Gunaz.tv

GünazTV Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə "Telegram" kanalları Federal Təhlükəsizlik Xidmətinə yaxın mənbəyə istinadla məlumat paylaşıblar.

Mənbənin bildirdiyinə görə, “prezidentin təhlükəsizlik xidməti” belə bir səfərin hazırlığı ilə məşğul deyil. Yəni, rəsmi Moskva səfəri planlaşdırmır.

Eyni zamanda, Rusiya xüsusi təyinatlı aviasiya dəstəsinin təyyarəsi İstanbula uçuşa hazırlaşdırılır. Bu uçuşla Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakovun Türkiyəyə getməsi planlaşdırılır.

Mənbə istisna etmir ki, əgər Vladimir Putinlə Amerika prezidenti Donald Tramp arasında qəfil şəxsi razılaşma olarsa, səfər qərarı istənilən anda dəyişdirilə bilər. Lakin 15 may səhəri üçün Putinin rəsmi qrafikində Kremlin daxilində görüşlər nəzərdə tutulub.

Bu səbəbdən Rusiya liderinin yaxın günlərdə İstanbula səfəri baş tutmayacaq kimi görünür.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar