SON XƏBƏRLƏR

Türkiyə ordusu transsərhəd əməliyyatlarını davam etdirəcək

2025.05.14, 13:17
Türkiyə ordusu transsərhəd əməliyyatlarını davam etdirəcək

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatı ləğv edilərək tərksilah olunduqdan sonra da transsərhəd əməliyyatlarını davam etdirəcək.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Yeni Şafak” xəbər paylaşıb.

Qeyd olunur ki, bu çərçivədə, Türkiyə Silahlı Qüvvələri İraqda qurulan hərbi bazalardan kənara çıxacaq:

“Terrorçuların tərk etdiyi düşərgə və mağaralar Türkiyə ordusunun nəzarəti altına girəcək. Bu yolla PKK-nın yaradacağı boşluğu doldurmaq istəyən digər terror qruplarının qarşısı alınacaq və İraqın icazəsi ilə sərhəddən kənarda sərhəd təhlükəsizliyi təmin ediləcək”.

Məlumatda deyilir ki, terrorçuların istifadə etdikləri və tərk edəcəkləri nöqtələr bir-bir məhv ediləcək:

“İraq hökuməti ilə birgə əməliyyat planı da gündəmdədir, xüsusən də Qəndil və ətrafdakı terror ocaqları kimi hələ də aktiv ola biləcək bölgələr üçün. Məqsəd PKK-nın illərdir baza kimi istifadə etdiyi bu əraziləri bir daha terrorçulara ev sahibliyi edə bilməmələri üçün təmizləməkdir. Türkiyənin təhlükəsizliyi üçün həmişə döyüşə hazır vəziyyətdə olan Silahlı Qüvvələr bölgədə təhlükəsizlik və sabitlik bərqərar olunmayana qədər meydandan çəkilməyəcək”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar