SON XƏBƏRLƏR

Amerika İrana nüvə razılaşması üçün yazılı təklif verib

2025.05.15, 14:06
Amerika İrana nüvə razılaşması üçün yazılı təklif verib

Tramp administrasiyası bazar günü danışıqların dördüncü raundu zamanı İrana nüvə razılaşması üçün yazılı təklif verib.

Gunaz.tv

Bu barədə  "Axios" Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Bununla da aprelin əvvəlində danışıqlar başlayandan bəri ilk dəfədir ki, Ağ Evin nümayəndəsi Stiv Uitkof İran rəsmilərinə rəsmi yazılı təklif təqdim edib.

Mənbələrin bildirdiyinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi bu təklifi Omanda danışıqlar zamanı alıb və yazılı təklifi Əli Xamenei, prezident Məsud Pezeşkian və digər yüksək vəzifəli rəsmilərlə məsləhətləşmələr üçün Tehrana aparıb.

"Axios"un məlumtaına görə, danışıqların əvvəlki mərhələlərində Abbas Əraqçi Amerika nümayəndələrinə öz təkliflərini vermişdi.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar