SON XƏBƏRLƏR

Qalibaf: İran uranı zənginləşdirməyə davam edəcək

2025.05.16, 11:10
Qalibaf: İran uranı zənginləşdirməyə davam edəcək

İran uranı zənginləşdirməyə davam edəcək.

Gunaz.tv

Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Cakartada İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Parlament İttifaqının (İƏT) iclasında çıxışı zamanı deyib.

O çıxışı zamanı İranın nüvə bombası əldə etmək fikrində olmadığını, ancaq uranı zənginləşdirməyə davam edəcəyini deyib.

"Biz bu biliyi tibb, kənd təsərrüfatı və ətraf mühitdə istifadə edirik." - deyə, o bildirib.

Qeyd edək ki, istər Amerika kəşfiyyatının, istərsə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarına görə, İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq zənginləşdirib və qısa müddətdə nüvə silahı əldə edə bilər.

4fbfd88fdb4d0005ed68b5c60b394149d03f46a0-3283x1596.png?rect=0,95,3283,1407&w=992&h=425&q=80&fit=max&auto=format

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar