SON XƏBƏRLƏR

Suriya xarici işlər naziri Türkiyə və Amerikaya təşəkkür etdi

2025.05.16, 11:49
Suriya xarici işlər naziri Türkiyə və Amerikaya təşəkkür etdi

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani Türkiyənin xarici işlər naziri Hakan Fidan və Amerika dövlət katibi Marko Rubioya təşəkkür edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, Şeybani Antalyada keçirilən üçtərəfli görüşdən sonra “X” sosial media hesabında paylaşım edib.

O, ABŞ ilə əlaqələrin strateji səviyyədə inkişaf etdirilməsi istiqamətində mühüm addım atdıqlarını bildirib:

“Bu gün biz Amerika ilə xalqımızın maraqlarına xidmət edən, regional və beynəlxalq arenada mövcudluğumuzu gücləndirən qabaqcıl strateji münasibətlərin qurulması istiqamətində mühüm təməl qoymuşuq. Bu məhsuldar və konstruktiv görüşə görə Türkiyənin xarici işlər naziri Hakan Fidana və Amerika dövlət katibi Marko Rubioya səmimi təşəkkürümü bildirirəm".

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar