SON XƏBƏRLƏR

Rubio: İranla nüvə sazişinin əldə edilməsi üçün kritik dövrə daxil oluruq

2025.05.16, 11:58
Rubio: İranla nüvə sazişinin əldə edilməsi üçün kritik dövrə daxil oluruq

Amerika dövlət katibi Rubio ölkəsinin İranla nüvə razılaşmasının əldə edilməsi baxımından kritik bir prosesdən keçdiyini ifadə etdi.

Gunaz.tv

GünazTV xəbər verir ki, Marko Rubio NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı çərçivəsində Antalyada olarkən Amerikanın "Fox News" kanalına Rusiya-Ukrayna, İranın nüvə danışıqları və Avropa təhlükəsizliyi kimi aktual mövzuları şərh edib.

Trampın tez-tez İranın nüvə silahına malik olmayacağını ifadə etdiyini xatırladan Rubio, İranla nüvə anlaşması əldə etmək baxımından kritik bir zamanda olduqlarını vurğuladı.

Marko Rubio Trampın nüvə müzakirələrinə başlamaqla İrana fürsət təqdim etdiyini söyləyib. Lakin əlavə edib ki, Donald Trampın təklifləri həmişəlik masada olmayacaq.

"Nəhayət, qərar bir nəfərin, İranın Ali Rəhbərinin üzərinə düşür. Ümid edirik ki, o, dağıdıcı yoldan çox sülh və rifah yolunu seçir", - Rubio bildirib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar