SON XƏBƏRLƏR

Böyük Britaniya: Gələn ay Rusiyanın Ukraynadakı itkiləri 1 milyonu ötəcək

2025.05.17, 09:31
Böyük Britaniya: Gələn ay Rusiyanın Ukraynadakı itkiləri 1 milyonu ötəcək

"Əldə olunan kəşfiyyat məlumatlarına əsasən gələn ay Rusiyanın Ukraynada itkisi ümumilikdə 1 milyonu ötəcək."

Gunaz.tv

GünazTV APA-ya istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib.

İtaliyanın paytaxtı Romada Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və Polşadan ibarət “E5” qrupunun müdafiə nazirləri ilə keçirilən görüşdə iştirak edən Hili bütün E5 ölkələrinin və Avropanın təhlükəsizliyinin Ukraynadan başladığını vurğulayıb.

Ukraynanı həm meydanda, həm də masa arxasında güclü mövqeyə gətirmək məcburiyyətində olduqlarını qeyd edən Hili Ukraynada davamlı sülhün təmin edilməsi və Rusiyanın gələcək hücumlarının qarşısının alınması üçün müxtəlif platformalarda çalışdıqlarını bildirib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar