SON XƏBƏRLƏR

İran Amerikanın tələbini qəbul etmədi

2025.05.19, 13:30
İran Amerikanın tələbini qəbul etmədi

“Əgər Vaşinqton Tehranın uranın zənginləşdirilməsini tamamilə dayandırması şərtində təkid etsə, Amerika ilə nüvə müzakirələri heç bir nəticə verməyəcək”.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi deyib.

“Heç bir şəkildə zənginləşmə hüququmuzdan əl çəkməyəcəyik və bu məsələdə heç bir geri çəkilməyi qəbul etməyəcəyik”, - diplomat bildirib.

Xatırladaq ki, Amerika prezidentinin xüsusi nümayəndə Stiven Uitkoff bundan əvvəl Vaşinqtonun Tehrandan uranın zənginləşdirilməsini tamamilə dayandırmasını tələb etdiyini açıqlamışdı.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar