SON XƏBƏRLƏR

Türkiyədən İrana xəbərdarlıq: Müharibə səbəbi sayılacaq

2025.05.20, 13:23
Türkiyədən İrana xəbərdarlıq: Müharibə səbəbi sayılacaq

PKK terror təşkilatının tərksilah prosesi Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən 24 saat izləniləcək.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri “Türkiyə” qəzetinə məlumat verib.

Mənbələrə görə, proses 4 ay ərzində yekunlaşa bilər. Nəşr yazır ki, Türkiyə prosesi əngəlləyə biləcək amilləri də diqqətdə saxlayır:

“Mənbələr İsrail və İranın yanaşmalarının “Terrorsuz Türkiyə” prosesinə zərər verəcək səviyyəyə çatmaması üçün xəbərdarlıq edildiyini də bildirirlər. İran və İsrailin kürdləri bölgədə (Suriya) proksi qüvvəyə çevirməyə çalışdığı, amma Türkiyənin bu məsələdə qətiyyətli olduğu vurğulanıb.

“Həmsöhbətlərimizə (İran və İsraildəki) çatdırdıq ki, onlardan proksi qüvvə kimi istifadə edilərək sərhədimizə gətirilərsə, müharibə səbəbi sayılacaq”, - mənbə qəzetimizə deyib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar