SON XƏBƏRLƏR

Putinlə Fidanın müzakirə etdiyi məsələlər açıqlandı

2025.05.27, 11:12
Putinlə Fidanın müzakirə etdiyi məsələlər açıqlandı

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Putin Rusiyada səfərdə olan Fidanı qəbul edib. Yerli vaxtla saat 19:30-da başlayan görüş başa çatıb. Görüş təxminən 1 saat davam edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Fidan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada iki günlük səfərdədir. Dünən o, mayın 16-da İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən prezidentin köməkçisi Vladimir Medinski ilə görüşüb. Fidanı Rusiya Prezidenti Vladimir Putin də qəbul edib. Türkiyə xarici işlər naziri Hakan Fidan dünən Moskvada keçirdiyi görüşlərdə ölkəsinin Rusiya-Ukrayna sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi etməyə və münaqişənin həllinə hər cür dəstəyi verməyə hazır olduğunu təsdiqləyib.

“Hürriyyet” qeyd edir ki, Hakan Fidanın Moskvada keçirdiyi görüşlərdə qaldırdığı ən mühüm mövzulardan biri Suriyadakı vəziyyətdir:

“Ankara Rusiyanın Suriyanın siyasi və ərazi bütövlüyünü dəstəkləməyə davam etməsini istəyir”.

Fidanın Rusiyanın paytaxtındakı görüşlərinin gündəminə ikitərəfli əlaqələr də daxildir. Qəzet əlavə edir ki, Amerika və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və onların Türkiyə kimi üçüncü ölkələrə mənfi təsiri danışıqların diqqətçəkən mövzularından biri olub.

Hakan Fidanın bu gün Sergey Lavrovla görüşündə Ermənistan-Azərbaycan sülh prosesi və Cənubi Qafqazdakı son durumun da müzakirə olunacağı gözlənilir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar