SON XƏBƏRLƏR

Tramp Ukraynaya qarşı məhdudiyyətləri aradan qaldırmağı düşünür

2025.05.27, 15:18
Tramp Ukraynaya qarşı məhdudiyyətləri aradan qaldırmağı düşünür

Amerika sabiq prezident Co Baydenin dövründə Ukraynanın hərbi əməliyyatları ilə bağlı tətbiq etdiyi bütün məhdudiyyətləri hələ də aradan qaldırmayıb. Amma Prezident Donald Tramp belə bir ehtimalı ciddi şəkildə nəzərdən keçirir.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı və Amerika rəsmilərinə istinadla “Kyiv Post” məlumat yayıb.

Rəsmilərdən biri əlavə təfərrüatlar vermədən deyib: “Əvvəllər tətbiq edilmiş bütün məhdudiyyətlər nəzərdən keçirilir, çünki Donald Tramp hazırkı status-kvonun Rusiyanı danışıqlara məcbur etməkdə bizim ümumi marağımıza cavab vermədiyinə inanır”.

Ləğv edilməsi gözlənilən məhdudiyyətlərə gəlincə, söhbət Amerikadan Ukraynaya tədarük edilmiş raket və digər uzaqmənzilli sistemlərlə Rusiya ərazisindəki hərbi obyektlərə zərbələrin endirilməsinə Vaşinqtonun icazəsindən gedir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar