SON XƏBƏRLƏR

Rusiya müharibənin dayandılması şərtlərini açıqlamadı

2025.05.29, 11:56
Rusiya müharibənin dayandılması şərtlərini açıqlamadı

Kreml Amerikaya Ukrayna müharibəsinin dayandırılması ilə bağlı şərtlər siyahısını verməkdən imtina etdi.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, Rusiya rəsmiləri Amerikaya Ukrayna müharibəsinin dayandırılması ilə bağlı şərtlər siyahısını təqdim etməyəcəklərini açıqlayıblar. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyanatla çıxış edib.

Zaxarova bildirib ki, Amerikanın xüsusi nümayəndəsi Kit Kelloqun “Vaşinqton artıq Kiyevdən bu siyahını alıb, indi isə Moskvadan gözləyir” sözləri reallığı əks etdirmir. Onun sözlərinə görə, 16 may tarixində İstanbulda keçirilən görüşdə Ukrayna və Rusiya nümayəndə heyətləri arasında Amerikanın vasitəçiliyi ilə bağlı heç bir razılaşma olmayıb.

“Biz yalnız o barədə razılığa gəlmişdik ki, Rusiya və Ukrayna hər biri atəşkəs və münaqişənin nizamlanması ilə bağlı öz baxışlarını əks etdirən sənədi hazırlayacaq və növbəti görüşdə bu sənədləri birbaşa olaraq bir-birilə paylaşacaq. Amerika və ya digər ölkələrin vasitəçiliyi müzakirə mövzusu olmayıb,” – deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, bu bəyanat Rusiya ilə Amerika arasında Ukrayna məsələsindəki fərqli yanaşmaların bir daha önə çıxdığını göstərir. Rəsmi Moskva hazırda yalnız birbaşa Kiyevlə dialoqun mümkün olduğunu bildirir və üçüncü tərəflərin iştirakı ilə danışıqlara hazır olmadığını bəyan edir.

 

 

Ş.E

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar