SON XƏBƏRLƏR

Ərdoğanın ABŞ-a səfəri istisna edilmir

2025.05.29, 15:35
Ərdoğanın ABŞ-a səfəri istisna edilmir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəriistisna edilmir.

Gunaz.tv

GünazTV Modern.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Ağ Ev administrasiyasının rəhbəri Donald Trampın Türkiyəyə səfəri ehtimalı da var.

"Prezidentlər Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir. Bizim prezidentimiz Vaşinqtona səfər edə bilər. Cənab Trampın Türkiyəyə səfəri də mümkündür. Səfər ərəfəsində prezidentlər NATO-nun Haaqa sammitində (24-25 iyun) görüşə bilərlər. Onlar tez-tez telefonla əlaqə saxlayırlar, apardıqları danışıqlar son dərəcə məhsuldardır", - Fidan bildirib.

Mayın 5-də Trampla telefon danışığından sonra Ərdoğan onu ABŞ-a səfərə dəvət etdiyini bildirib. Belə bir səfərin təxmini tarixləri hələ məlum deyil. Bu arada Türkiyə mediası səfərin iyunda baş tuta biləcəyini istisna etmir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar