SON XƏBƏRLƏR

WSJ: Amerika Ukraynaya vəd etdiyi raket qoruyucularını öz ehtiyaclarına yönləndirib

2025.06.05, 11:03
WSJ: Amerika Ukraynaya vəd etdiyi raket qoruyucularını öz ehtiyaclarına yönləndirib

Amerika müdafiə naziri Pit Heqset Ukrayna üçün nəzərdə tutulan raket qoruyucularının Yaxın Şərqdəki Amerika ordusuna yönləndirilməsi barədə göstəriş verib.

Gunaz.tv

Günaz TV "repot"a istinadən xəbər verir ki, bu barədə Wall Street Journal öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Heqset bu qərarı Konqresə keçən həftə bildirib.

Ukrayna hərbçiləri Rusiya pilotsuz təyyarələrinin hücumlarına qarşı raket qoruyucularından istifadə ediblər. Qısa mənzilli qoruyucular lazerlə idarə olunan yer-hava raketləri üçün hazırlanıb.

Amerika Silahlı Qüvvələri bu raketləri F-15E qırıcılarından atmaq üçün uyğunlaşdırıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar