SON XƏBƏRLƏR

Wall Street Journal: İran Çindən üçün minlərlə ton ballistik raket yanacağı sifariş edib

2025.06.06, 11:25
Wall Street Journal: İran Çindən üçün minlərlə ton ballistik raket yanacağı sifariş edib

İran Amerika ilə nüvə danışıqları zamanı öz hərbi gücünü bərpa etmək üçün Çindən ballistik raketlərin istehsalı üçün minlərlə ton xammal sifariş edib.

Gunaz.tv

Bu barədə "Wall Street Journal"ın hesabatında deyilir.

Bu materialların bəzilərinin Yəmən Husiləri də daxil olmaqla bölgədəki silahlı qruplaşmalara göndəriləcəyi ehtimal edilir.

Cümə axşamı, iyunun 5-də dərc olunan hesabatda ammonium perklorat partiyalarının yaxın aylarda İrana çatacağı və yüzlərlə ballistik raketin istehsalı üçün istifadə oluna biləcəyi proqnozlaşdırılıb.

Amerika rəsmiləri İranın regionda ən böyük raket proqramlarından birinə sahib olduğunu deyirlər. Ammonium perklorat İranın ən effektiv ballistik raketlərində istifadə olunan bərk yanacaq istehsalı üçün vacibdir.

Hesabatda natrium perkloratın miqdarının təxminən 260 qısa mənzilli raketin yanacağı üçün kifayət etdiyi bildirilib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar