SON XƏBƏRLƏR

İran: Amerika ilə danışıqlar dalana dirənməyib

2025.06.10, 15:49
İran: Amerika ilə danışıqlar dalana dirənməyib

İran və Amerika arasında nüvə proqramı ilə bağlı danışıqlar dalana dirənməyib.

Gunaz.tv

Bu barədə İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini və onun danışıqlar qrupunun üzvü Məcid Təxt-Rəvançi İRNA-ya müsahibəsində danışıb.

"Danışıqların sürəti, istər ləng olsun, istərsə də sürətli, bizim üçün çox da önəmli deyil. Əsas olan milli maraqlara nail olmaqdır." - deyə o bildirib.

Təxt-Rəvançi Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA) Tehrana qarşı istənilən qətnamənin əməkdaşlığı azaldacağı barədə xəbərdarlıq edib.

O, uranın zənginləşdirilməsinin İranda deyil başqa yerdə aparılmasının İran üçün qəbuledilməz olduğunu bildirib.

 

- Cəfər Cəfərli

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar