SON XƏBƏRLƏR

İran parlamentinin spikeri BAEA-nın qətnaməsini pisləyib və daha sərt cavab veriləcəyini deyib

2025.06.12, 15:11
İran parlamentinin spikeri BAEA-nın qətnaməsini pisləyib və daha sərt cavab veriləcəyini deyib

Parlamentin spikeri Məhəmməd Baqir Qalibaf BAEA-nın Rəhbərlər Şurasının İrana qarşı qətnaməsini pisləyib və bunu agentliklə əməkdaşlığın əks nəticə verdiyini sübut edən qərəzli addım adlandırıb.

Gunaz.tv

Qalibaf İranın bu qətnaməyə qəti şəkildə cavab verəcəyi barədə xəbərdarlıq edib.

"Bu hədsiz tələbə cavab olaraq, İran İslam Respublikası uyğun və güclü tədbirlər görəcək." - deyə o özünün sosial media hesabında yazıb.

Qalibaf bildirib ki, zənginləşdirmənin qabaqcıl sentrifuqalarla aparılması, yeni zənginləşdirmə mərkəzinin işə salınması və ona nəzarətin azaldılması bu qətnaməyə adekvat cavabdır.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar