SON XƏBƏRLƏR

İsrail hücumdan öncə İran daxilində gizli əməliyyat keçirib - DETALLAR

2025.06.13, 11:27
İsrail hücumdan öncə İran daxilində gizli əməliyyat keçirib - DETALLAR

İsrail mediası və təhlükəsizlik mənbələrinin "Reuters"ə istinadla verdiyi məlumata görə, Mossad və İsrail ordusu bu həftəki hava hücumlarından əvvəl İranın strateji raket infrastrukturuna qarşı bir sıra gizli əməliyyatlar həyata keçirib.

Gunaz.tv

"Kan News"un hərbi müxbiri İtay Blumental təhlükəsizlik mənbəsinə istinadən xəbər verir ki, Mossad əməliyyatçıları gizli şəkildə İrana böyük həcmdə dəqiq idarə olunan silahlar keçirib və müxtəlif yerlərə yerləşdiriblər.

Bu silahlar zərbələr zamanı İranın yer-hava raket sistemlərini və uzaqmənzilli raket buraxılış sistemlərini hədəf almaq üçün istifadə edilib.

Mossadın İranın hava hücumundan müdafiə sistemlərinin (HHM) yaxınlığına döyüş sursatları yerləşdirmək və HHM-lərin onların fəaliyyətini pozmaq üçün komando qrupları göndərdiyi bildirilir.

İsrailin hava hücumu başlayan zaman yerləşdirilmiş silahlar İran HHM-lərini hədəf almağa başlayıb. Məlum olur ki, İsrail Tehranın günbatarında raket buraxılış qurğularına hücum etmək üçün dron bazası yaradıb.

Başqa bir İsrail təhlükəsizlik mənbəsi "Reuters"ə bildirib ki, Mossad və İsrail ordusu bu əməliyyatlara birgə rəhbərlik edib və diqqəti İranın strateji raket kompleksinin məhvinə yetiriblər.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar