SON XƏBƏRLƏR

Natanz nüvə mərkıəzi yeraltı partlayışa məruz qalmış ola bilər

2025.06.16, 11:04
Natanz nüvə mərkıəzi yeraltı partlayışa məruz qalmış ola bilər

İsrailin İranın nüvə obyektlərinə son zərbələri yeraltında olan Natanz zənginləşdirmə mərkəzinə ciddi ziyan vura bilər.

Gunaz.tv

Bu barədə "The Wall Street Journal" İsrailli və beynəlxalq rəsmilərə istinadən xəbər verir.

İsrail rəsmisi qəzetə bildirib ki, Natanz obyektinin yeraltı hissəsinin partlamış ola biləcəyinə dair ilkin əlamətlər var, ancaq bununla bağlı əlavə dəyərləndirmələr aparılmalıdır.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bildirib ki, Natanzda elektrik enerjisinin qəfil itməsi mərkəzdəki 14.000 sentrifuqanın bəzilərini sıradan çıxara bilər, onlar olduqca həssasdır və əgər uyğun şəkildə söndürülməsələr zədələnə bilərlər.

Qeyd edək ki, İranın Natanz, İsfahan və Fordoda saxlanılan zənginləşdirilmiş uran ehtiyatlarının taleyi isə qeyri-müəyyən olaraq qalır. İsrail rəsmiləri bildiriblər ki, Tehrandan bu yaxınlarda bu ehtiyatları müxtəlif yerlərə daşıya biləcəklərinə dair məlumatlar əldə ediblər.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar