SON XƏBƏRLƏR

İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarılıb

2025.06.16, 16:00
İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarılıb

İranla davam edən münaqişə fonunda İsrail Ordusunun bölmələrinin bir qismi Qəzza sektorundan çıxarılıb, Misir və Ürdün sərhədinə yerləşdirilib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qeyd edilib ki, hazırda Qəzzada İsrail Ordusunun 4 diviziyası, yəni 10 minə qədər hərbçisi var. 98-ci diviziya, elit desant birləşməsi və xüsusi təyinatlı bölmə isə Qəzza sektorundan çıxarılıb.

Bununla belə, İsrail Ordusunun yaydığı bəyanatda bildirilib ki, İranla davam edən münaqişə dövründə də Qəzzada HAMAS silahlılarının zərərsizləşdirilməsi prosesi davam edəcək.

İsrail Ordusunun Ürdün ilə sərhəddə qüvvələri isə 3 dəfə artırılıb. 98-ci diviziya isə Misirlə sərhədə yerləşdirilib.

 

C

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar