SON XƏBƏRLƏR

KİV: Amerika İranın Fordodakı nüvə obyektinə zərbələr endirə bilər

2025.06.19, 11:03
KİV: Amerika İranın Fordodakı nüvə obyektinə zərbələr endirə bilər

Amerika İsrailin İrana qarşı hərbi əməliyyatlarına qoşulsa, İranın Fordodakı uranın yeraltı zənginləşdirilməsi obyektinə bir yox, bir neçə dəfə zərbə endirə bilər.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə “ABC News” mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Amerika Prezidenti Donald Tramp İranın Fordo nüvə obyektini sıradan çıxarmaq fikrilə razılaşıb. Qeyd olunur ki, Vaşinqton hələ də Tehrandan İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqları davam etdirmək təklifinə cavab almayıb və Tramp tərəfdarlarının İrana hücum qərarına necə reaksiya verəcəyini anlamağa çalışır.

Amerika lideri daha əvvəl bəyan edib ki, Fordodakı obyektə zərbə endirmə ehtimalı ilə bağlı hələ yekun qərar qəbul etməyib.

Mətbuatın hesablamalarına görə, yalnız Amerikada Fordo obyektini məhv edə biləcək ağır bomba var. O, təxminən 90 metr dərinlikdə yerləşir. Amerikanın “Axios” portalı daha əvvəl məlumat verib ki, Amerika bunker əleyhinə bombalarını İsrailə ötürmək imkanını nəzərdən keçirir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar